Xeberler.az bildirir ki, ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyində görüş keçirilib.
Əvvəlcə qonaqlara agentliyin fəaliyyəti, həyata keçiriləcək tədbirlər və planlar barədə ətraflı məlumat verilib, Azərbaycanda yüksək texnologiyaların inkişafına dair görülən işlərdən bəhs olunub.
Görüşdə “COMmercialize startUP – ComUP” proqramına əsasən, müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərinin kommersiyalaşdırılması, onların dövlət qurumları, transmilli və beynəlxalq şirkətlər ilə işgüzar tərəfdaşlıq qurması müzakirə olunub. Bu məqsədlə “Caspian Policy Center”-nin direktoru Efqan Nifti, İdarə Heyətinin üzvü, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı keçmiş səfiri Robert Sekutaya və kontr-admiral Ron Maklarena İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin aidiyyəti startap layihələrinin təqdimatları nümayiş olunub.
Görüşün sonunda İnnovasiyalar Agentliyinin əməkdaşları və analitika mərkəzinin nümayəndələri arasında gələcək əməkdaşlıq perspektivləri və ölkəmizdə startap ekosisteminin inkişafına dair görülə biləcək işlər müzakirə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri