Suda batmayan smartfon təqdim edilib

28-09-2015 / 12:22

ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış Comet şirkəti suda batmayan unikal smartfon təqdim edib.  

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Comet adlanan qurğu IPx7 sertifikasiyadan istifadə sayəsində sukeçirməzdir.

Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli Snapdragon 810 prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280 х 720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.

Android 5.1.1 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137.5 х 67.7 х 7.9 millimetr, çəkisi 120 qram təşkil edir. Smartfonda həmçinin müasir Qlock məlumat şifrləmə sistemindən istifadə olunub.

Comet hazırda Indiegogo platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə