Apple ağıllı diş fırçaların satışına başladı

19-01-2018 / 15:49

Colgate şirkəti süni intellektə malik Smart Electronic Toothbrush E1 diş fırçasını istehsal edib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, qurğu iOS Colgate Connect proqramı, həmçinin Apple Watch saatları ilə sinxronlaşdırılır.

O, ağızın xəritəsinin yaradılmasını təmin edərək, istifadəçiyə dişlərə düzgün qulluqla bağlı məsləhətlər verir. Apple şirkəti sözügedən qurğunun eksklüziv dileridir.

Ağıllı diş fırçası istifadəçinin dişlərini təmizləməsinə sərf etdiyi vaxtı bu prosesi optimallaşdırmağa imkan verərək izləyir.

Colgate şirkəti, həmçinin uşaqlar üçün həvəsləndirici xüsusi oyunlar hazırlayıb. Uşaqlar dişlərini təmizləməyə nə qədər çox vaxt sərf etsələr, o qədər çox qəpik toplaya bilərlər.

Şirkət nümayəndələri bildiriblər ki, bir dəfə enerji ilə doldurulmuş diş fırçası 10 günə qədər işləyə bilir. Qurğunun qiyməti 99 dollar təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə