Previous Next
Bağla

"Ağıllı şəhər"lərin kiberdayanıqlığı necə təmin edilməlidir?

07-12-2022 16:04
"Ağıllı şəhər"lərin kiberdayanıqlığı necə təmin edilməlidir?
"“Ağıllı şəhər”dəki təhlükəsizlik problemləri bir çox insanın bu kimi layihələrə şübhilə yanaşmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir. IoT cihazları mahiyyət etibarilə təhlükəsizlik boşluqlarıdır. “Ağıllı şəhərlər” çox sayda cihazın İnternetə qoşulmasını təmin etdiyi üçün təhlükəsizlik çox vacib bir problemə çevrilir".
 
Bunu Xeberler.az-a İnformasiya Texnologiyaları İnstitutunun öyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov deyib.
 
O, “ağıllı şəhər” cihazları ilə bağlı bəzi proqnozları da diqqətə çatdırıb:
 
“ 2025-ci ilədək bu qurğuların 1 milyarda çatacağı proqnozlaşdırılır. İnternetə qoşulmuş bu cihazlar real vaxtda çox sayda məlumat generasiya edəcək. HP şirkətinin proqnozlarına görə, “ağıllı şəhər” IoT cihazlarının təxminən 70%-i yetərli avtorizasiya, qeyri-kafi proqram mühafizəsi və zəif şifrələnmiş rabitə protokolları kimi səbəblərdən hücum riski altındadır”.
 
Həşimov bildirib ki, kiberhücumlar “ağıllı” nəqliyyat infrastrukturunun çökməsinə və ya əlçatmaz olmasına, nəqliyyat vasitələrinin kritik yol məlumatlarını almasına mane olmaq, işıqforların idarəetmə sistemlərinin, yol nişanlarının və sürət həddi nişanlarının iş rejiminə zərər verməklə saatlarla davam edə biləcək böyük tıxaclara səbəb ola bilər.
 
Yuxarıda qeyd edilən kiberhücumlar “ağıllı” şəhər mühitində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə və şəbəkənin pozulması ilə nəticələnə bilər, digər tərəfdən, istifadəçilərin məxfiliyini üzə çıxara, “ağıllı” su sistemində cinayətkarların məlumat axınına nəzarət etməsinə şərait yarada bilər.
 
O, “ağıllı şəhər” konsepsiyasını əhatə edən xidmətlərin kritik əhəmiyyətə malik olduqlarını, bu səbəbdən də onların təhlükəsizliyinə və etibarlılığına xüsusi tələblərin irəli sürüldüyünü də vurğulayıb.
 
Fəlsəfə doktoru hesab edir ki, “ağıllı şəhər”in zəif cəhəti onun mərkəzləşdirilmiş infrastruktura malik olmamasıdır ki, bu da kiberhücumlara qarşı mübarizədə problemlər yaradır. Ona görə də hər bir “ağıllı şəhər” xidməti üçün hücum ssenarilərini və onların təsirlərini öyrənməklə, həmin hücumların qarşısını almaq üçün müxtəlif növ həllər tətbiq edilməlidir.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021
Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021
“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

07-05-2021
DİN: IoT cihazları cinayətlərin aşkar olunması 30-40 faiz artırır

DİN: IoT cihazları cinayətlərin aşkar olunması 30-40 faiz artırır

09-10-2025
ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026
Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

21-11-2022
WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026
“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

16-02-2022
Ağıllı televizor almaq məsləhətdirmi ?

Ağıllı televizor almaq məsləhətdirmi ?

02-02-2016
Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023
SİMA həlləri WUF13-də təqdim edilib

SİMA həlləri WUF13-də təqdim edilib

22-05-2026
Ağ Ev ağıllı şəhər layihəsinə 165 milyon dollar ayırdı

Ağ Ev ağıllı şəhər layihəsinə 165 milyon dollar ayırdı

14-10-2016
Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021
“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

11-02-2026
Azərbaycanın "ağıllı şəhər" təcrübəsi Belarusda təqdim olunacaq

Azərbaycanın "ağıllı şəhər" təcrübəsi Belarusda təqdim olunacaq

03-03-2021
Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021
"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023
Ağıllı ağac

Ağıllı ağac

05-06-2017
Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017
“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025
“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022
Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022
Bu cihazlara hücum etmək çox asandır

Bu cihazlara hücum etmək çox asandır

01-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə