AMEA Rəyasət Heyətinin iclasında “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli Fərmanı və qarşıda duran vəzifələr müzakirə olunub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində ilkin addımların Ulu Öndər tərəfindən atıldığını, görkəmli dövlət xadiminin qəbul etdiyi Fərman və sərəncamların XXI əsrdə bu sahədə həyata keçirilən genişmiqyaslı işlərin təməlini təşkil etdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev müasir dövrün reallıqlarını və Dördüncü sənaye inqilabının çağırışlarını nəzərə alaraq, Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib və nəticədə bu gün ölkəmizdə “Elektron hökumət” formalaşıb. Elektronlaşma hərəkatının ölkəmizdə müasir cəmiyyət quruculuğunun aparıcı sahələrindən birinə çevrildiyini deyən AMEA rəhbəri bu məqsədyönlü fəaliyyətin Prezident İlham Əliyevin Azərbaycanı dünyanın inkişaf etmiş dövlət sırasına çıxarmaq istiqamətində atdığı mühüm addımlardan biri olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində Fərmanın əhəmiyyətini diqqətə çatdırıb.
AMEA prezidenti Fərmanda Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin yaradılmasının nəzərdə tutulduğunu, bununla bağlı müvafiq dövlət orqanlarına aidiyyəti tapşırıqların verildiyini söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Fərmanda elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət qurumlarına altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirilməsinin tapşırıldığını bildirib.
Fərmanın digər dövlət qurumları ilə yanaşı, AMEA qarşısında da bir sıra vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli son dövrlərdə Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elektron elmin inkişafının təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron dövlətin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi AMEA-da bu sahədə kompleks tədbirlərin prioritet qaydada icrasını zəruri edib: “Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətində “Elektron Akademiya” şöbəsi yaradılıb. Şöbə internet resurslarından, müasir texnologiyalardan elmi tədqiqatların təşkilində və elmi idarəetmədə istifadə olunması, alimlərimizin nüfuzlu elmi bazalara daxil olan elmi jurnallarda nəşrlərinin sayının artırılması, milli-mənəvi dəyər kəsb edən məlumatların, elmi nailiyyətlərimizin açıq elektron nəşrlərdə Elektron Akademiyasında müntəzəm yerləşdirilməsi, beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə AMEA-nın elmi tədqiqat müəssisələrinin, dövri elmi jurnalların, həmçinin alimlərimizin fərdi elmi tədqiqat fəaliyyətinin qiymətləndirilməsinə dair məlumatların monitorinqinin aparılması, elmmetrik araşdırmaların təşkili və s. sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərməkdədir”.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş şöbəsinin 21 dövlət qurumu, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatları ilə elektron sənəd dövriyyəsini həyata keçirdiyini, bu fəaliyyətin ümumilikdə bütün Akademiyada tətbiqinin başlıca prioritet məsələ olduğunu bildirib.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili barədə mövcud təkliflərin araşdırılması, AMEA-nın şəbəkə infrastrukturunun texniki təftiş edilməsi, AMEA-nın elmi müəssisələri üzrə elektron sənəd mübadiləsi sisteminin istifadəsinə məsul şəxslər üçün təlimlərin təşkili və s. qərarlar qəbul olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri