Previous Next
Bağla

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023 13:17
Elektron akademiya şöbəsi yaradılıb

2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verilib. Bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib.

Xeberler.az  xəbər verir ki, bu fikri Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” adlı məruzəsində söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin və hüquq elminin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların həyata keçirilməsi, müasir nəzəri prinsiplər əsasında iqtisadi tədqiqatların aparılması da diqqət mərkəzində saxlanılıb.

AMEA rəhbəri vurğulayıb ki, beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.

Akademik İsa Həbibbəyli xatırladıb ki, AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elektron akademiya şöbəsi yaradılıb. Ötən müddət ərzində bu şöbə tərəfindən “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsinin zənginləşdirilməsi, AMEA elmi jurnallarının Rəqəmsal Obyekt İndetifikatoru (DOI) ilə təmin edilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını təmin etmək məqsəd ilə onların saytlarının həmin tələblərə uyğunlaşdırılması, elmi müəssisələrin saytlarının və sosial şəbəkə profillərinin fəaliyyətinin müntəzəm olaraq monitorinqinin təşkil edilməsi, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın ULAKBİM DərgiParkına daxil edilməsi, türkdilli elmi mühitdə yayımlanması və istinadların qeydə alınması istiqamətində mühüm işlər həyata keçirilib. Eyni zamanda, AMEA əməkdaşlarının fəaliyyətinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarına inteqrasiya edilməsi məqsədilə “Google Scholar”, “Academiya.edu”, “ORCİD”, “ResearchGate” və s. bazalarda profillərinin yaradılması və fəallığının təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025
AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

30-01-2025
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə