“Alcatel-Lucent” şirkətinin rəhbəri istefa verib

02-09-2015 / 11:07

“Alcatel-Lucent” şirkətinin baş direktoru Mişel Komb sentyabrın 1-dən vəzifəsini tək edərək Fransanın “Altice Group” telekommunikasiya holdinqinə keçib.

Xeberler.az RYTN-in rəsmi saytna istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, o, baş əməliyyat direktoru və qrupa daxil olan "Numericable-SFR” mobil operatorunun Direktorlar Şurasının sədri təyin edilib.

“Alcatel-Lucent” rəhbərinin vəzifə səlahiyyətləri şirkətin idarə heyətinin sədri Filip Kamyuya təhvil verilib.

M.Komb telekommunikasiya sahəsində 25 illik iş təcrübəsinə malikdir. O, “Alcatel-Lucent”-dən başqa “Vodafone” operatorunun Avropa nümayəndəliyinə və “TDF” (Telediffusion de France) şirkətinə rəhbərlik edib, eləcə də "France Telecom” operatorunun vitse-prezidenti və maliyyə direktoru olub. M.Komb müxtəlif vaxtlarda "Vodafone”, “Weather” (Orascom Wind), “Atari”, “TDF”, “Eurotunnel”, “Atos” və “Procapital” kimi şirkətlərin direktorlar şuralarının tərkibinə daxil olub.

M.Komb şirkəti tərk etməsinə görə kompensasiya almasa da, işdə qazandığı nailiyyətlər üçün 13 milyon avro məbləğində mükafat alacaq.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə