Alimlər pəncərələri “LCD” monitorlara çevirməyi təklif edirlər

04-05-2015 / 10:33

Cənubi Koreyanın Busan Milli Universitetinin mütəxəssisləri adi pəncərələri müxtəlif informasiyanın göstərilməsi üçün “LCD” monitora çevirməyə imkan verən texnologiya hazırlayıblar. Bunun üçün bir neçə milli/saniyə sürətində şəffaf və qeyri-şəffaf təsvir arasında keçməyə imkan verən xüsusi işıq çaxmağından istifadə olunur.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən  məlumat verir ki,  mövcud şəffaf displeylərin əksəriyyəti orqanik işıq saçan diodlardan istifadəyə əsaslandığı halda yeni texnologiya monitora işlək vəziyyətdə şəffaf, istifadə zamanı isə tamamilə qeyri-şəffaf olmağa şərait yaradır ki, təsvirin keyfiyyəti korlanmasın. İşıq çaxmaqları həmçinin enerjidən az istifadə edir ki, bu da texnologiyanın effektivliyini daha da artırır. Hazırda alimlər enerjinin yalnız qeyri-şəffaf və şəffaf təsvir arasında keçmə zamanı istifadə olunması üzərində çalışırlar. Bu, monitorları maksimal enerjiyə qənaətcil edəcək.  

Texnologiyanın kommersiya istifadəsinə nə vaxt verilməsi barədə hələ ki məlumat verilmir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə