Yaxın on ildə - 2015-2025-ci illərdə üzvi işıq diodlu (OLED) panellərin istehsalı sektorunda gəlirlərin 25 faiz səviyyəsində stabil ortaillik artımının müşayiət olunacağı proqnozlaşdırılır.
Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, 2020-ci ilin sonuna plastik və elastik “AMOLED” displeylər (üzvi işıq diodlu aktiv matrisalar) bazarında gəlirlər 16 milyard dollar səviyyəsinə çatacaq. Üzvi işıq diodlu displeylər maye-kristal ekranlardan (LCD) nazik və yüngüldür, eləcə də rəngləri daha yaxşı ötürür.
Bildirilir ki, displeylərin növbəti inkişaf mərhələsi plastik və elastik panellərin istehsalı olacaq. Bununla belə, şüşə əsaslı displeylərin istehsalı xüsusilə televizor panellərinin istehsalı sektorunda mühüm texnologiya olaraq qalacaq.
Bu yaxınlarda "Samsung” və “LG” şirkətləri tərəfindən buraxılan “OLED” displeyli düz və bükük formalı televizorlar artıq tənqidçilər tərəfindən bəyənilib.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri