Previous Next
Bağla

Gil tozundan gülləkeçirməyən şüşə yaradılıb

28-04-2015 17:42
Gil tozundan gülləkeçirməyən şüşə yaradılıb

ABŞ Hərbi Dəniz Qüvvələri şüşədən möhkəm yeni şəffaf material yaradıb.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, “Spinel” adlanan materialdan smartfon, noutbuk və kamera obyektivlərinin ekranlarının qoruyucusu kimi istifadə etmək olar. Son on ildə üzərində işin aparıldığı material sintetik gil tozundan hazırlanıb və gülləkeçirməz xüsusiyyətlərə malikdir.

ABŞ hərbi dəniz tədqiqatları laboratoriyasının (NRL) aparıcı tədqiqatçısı Cas Sangerin sözlərinə görə, əslində “Spinel” mineraldır, yəni maqnezium alüminatıdır. Onun üstünlüyü şüşədən qat-qat möhkəm, davamlı və bərk olmasındadır. Bu, aqressiv mühitdə qorumanı daha yaxşı təmin edir. Bu səbəbdən material torpağın və yağış eroziyasının təsirinə davamlıdır.

“Spinel”i praktik olaraq istənilən formaya salmaq olar və adi gülləkeçirməz şüşədən fərqli olaraq işıq şüalarını infraqırmızı diapazondan buraxır. Bu isə o deməkdir ki, yeni material kamera obyektivlərində, məsələn, pilotsuz uçan aparatların kameralarında, eləcə də smartfon ekranlarında və qoruyucu şlem maskalarında istifadəyə yararlıdır.

“Spinel” “3D” çapda geniş istifadə olunan bişirmə üsulu ilə hazırlanıb. Bu üsul kristal hissəciklərin bir-birinə sıx birləşməsini təmin edir.

Yeni materialdan müdafiə sənayesində lazer silahından mühafizə, eləcə də hərbi texnika üçün şəffaf zireh kimi istifadə etmək nəzərdə tutulur. “Spinel” həmçinin kosmik peyklərdə ötürücülərin qorumasını təmin edə bilər.

Texnologiya “Spinel”in lazımi sayda buraxmağa hazır olan istehsalçı üçün lisenziyalaşdırılıb. Hazırda “NRL” texnologiyanı ABŞ-ın digər müdafiə müəssisələri ilə bölüşməyi planlaşdırır. 

xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şüşənin 3D çapı hazırlanıb

22-08-2015

Divar kağızları yanğın haqda xəbərdarlıq edir

02-04-2018

ABŞ-da avtonom pilotsuz uçan aparatlar eskadrilyasının sınaqları keçirilib

17-04-2015

Dünyada ən bərk material yaradılıb

14-04-2016

Rəqəmsal yazı üçün sensor kağız hazırlanıb

02-05-2018

Yerin nüvəsinin qeyri-adi vəziyyəti qeydə alınıb

29-12-2025

Hərbi vəziyyətdə telefonlar bloklana bilər

04-12-2018

"YouTube" istifadəçilərinə yeni ödəmələr tətbiq olunacaq

22-05-2021

Elastik çap platası təqdim olunub

29-12-2015

Elektron qurğularda silisiumu əvəzləyəcək texnologiya hazırlanıb

10-10-2018

Süni material hiss etməyə başlayacaq

14-03-2016

3 saat ərzində villa inşa edilir

29-07-2015

Gələcəyin kompüteri necə olacaq?

19-04-2017

Uşaqlar üçün ağıllı saat təqdim edilib

29-08-2015

Enerjisi tükənməyən batareya hazırlanır

24-08-2015

“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək

27-04-2015

Hər şeyi görən kamera təqdim olunub

19-07-2017

Gözəgörünməz robot hazırlanıb

07-02-2017

Pentaqon BlackBerry-dən imtina edəcək

15-11-2013

Pentaqon kosmosda Rusiya və Çinlə müharibə hazırlığına başlayıb

29-03-2023

Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

02-12-2020

Alimlər betonu elektromaqnit ekrana çevirib

23-11-2016

Azərbaycanda pilotsuz mini uçuş aparatı hazırlanıb

19-05-2015

ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

01-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə