“Amazon” məlumat bazalarını idarə edəcək

18-11-2013 / 09:45
“Amazon Web Services” (AWS) “bulud” hostinq platforması məşhur açıq “Postgresql” məlumat bazalarının idarə edilməsi sisteminin hosted-versiyasına çıxış təqdim edir. Bu platforma “Amazon RDS” (Relational Database Service) servisinin bir hissəsi olacaq.
Məlumata əsasən, istifadəçilərin istəklərinə cavab olaraq yaradılan yeni təklif hazırda  beta-versiya mərhələsindədir.
“PostgreSQL”-ə çıxış ən tez-tez sifariş edilən opsuyalardan biridir.
 
“Amazon”  əvvəllər RDS servisində “MySQL”, “Oracle Database” və “Microsoft SQL Server” dəstəklənməsini təmin edib.
Şirkətdən bildirilib ki, “bulud” sistemində  “Postgres”in dəstəklənməsi tam reallaşdırılıb. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə