“Amazon” ChatGPT-nin sahibi “OpenAI” şirkətinə 50 milyard dollaradək sərmayə yatırmaqla bağlı danışıqlar aparır.
Xeberler.az Bloomberg-ə istinadən məlumat verir ki, razılaşma çərçivəsində “OpenAI” şirkəti “Amazon”un hesablama resurslarından istifadə edə, “Amazon” isə “OpenAI” şirkətinin süni intellekt modellərinə çıxış imkanı qazana bilər. Şirkətlər arasında sərmayə ilə bağlı sövdələşmənin yaxın həftələrdə imzalanacağı gözlənilir.
“Amazon” süni intellekt sahəsinə yatırımlarını artırır və AWS vasitəsilə bulud xidmətləri bazarında aparıcı mövqeyini qoruyur. Şirkət, eyni zamanda ChatGPT-yə alternativ “Claude” modelini hazırlayan “Anthropic” şirkətinin də əsas sərmayədarlarındandır.
Qeyd edək ki, 2022-ci ilin sonunda ChatGPT-nin istifadəyə verilməsi süni intellekt sahəsində qlobal artımı sürətləndirib. Hazırda “OpenAI” və digər texnologiya nəhəngləri bu sahəyə yüz milyardlarla dollar sərmayə yatırırlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları