Previous Next
Bağla

AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

13-11-2020 14:38
AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Noyabrın 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavinləri Zaur Nəhmətov və Zahir  Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şura sədri, akademik Rasim Əliquliyev Azərbaycanın şanlı ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə hər kəsi təbrik edib, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirib. Bildirib ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunub. Şura sədri qeyd edib ki, Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Əminik ki, şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.

Əliquliyevin sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində informasiya müharibəsində ölkəmizi layiqincə təmsil edən cənab Prezident öz çıxışlarında, xarici ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə yüksək diplomatik bacarığı və ciddi arqumentləri ilə müharibənin əsl mahiyyətini bütün dünyaya çatdırdı. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq qısa bir müddət ərzində Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətini təsdiqlədi.

Akademik əlavə edib ki, bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşib ölkəmizin inkişafı, onun dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi üçün çalışmalı, öz töhfəsini verməlidir. Daha sonra R. Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. R.Əliquliyev Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımdan önəmli rola malik olan YT Parkın qarşısına qoyulan vəzifələrdən bəhs edib. Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim edəcəyinə və ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra Yüksək Texnologiyalar Parkının rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, “Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsəd bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır. Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: “Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkında innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YT Parkda yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq”.

İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Müzakirələrdə qablaşdırma zamanı xammal kimi istifadə olunan xətli polietilen materialın bütün zəruri tələblərə uyğun digər materiallarla əvəzlənməsi, qablaşdırma zamanı istifadə olunan, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizminin tətbiqi, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan təbiətdə parçalanan streç materialdan istifadəyə diqqət yetirilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb. Akademik Rasim Əliquliyev şirkət təmsilçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

12-04-2022

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə