Previous Next
Bağla

Amerikalılar gələcəyin qurğusunu yaradıblar

06-02-2009 12:29
Amerikalılar gələcəyin qurğusunu yaradıblar

 Massaçusets Texnologiya Universitetinin tədqiqatçıları (Massachusetts Institute of Technology - MIT) istənilən səthi sensor ekrana çevirmək imkanına malik qurğu yaradıblar.

  Qurğunun təchiz olunduğu detalların qiyməti təxminən 300 ABŞ dolları təşkil edir. Burada veb-kamera, mobil telefon və batareya ilə işləyən kiçik proyektor quraşdırılıb. Tədqiqatçılar qeyd edirlər ki, onların yaratdıqları cihaz istənilən səthdə kompüter işçi masasının proyeksiyasını salır. Belə vəziyyətdə işçi masasını yalnız əl hərəkətləri ilə idarə etmək mümkündür.

  Yeni qurğu vasitəsilə fotoşəkillər çəkmək mümkündür, lakin bunun üçün istifadəçi kadrın sərhədlərini əlləri ilə nişanlamalıdır. Bundan əlavə qurğunun köməyi ilə vitrindəki malları müəyyən etmək və bu mallar haqqında ətraflı məlumat əldə etmək olar.

  Həmçinin MIT-in yeni işləməsi internetə çıxış imkanı ilə təmin olunub. Belə ki, istifadəçi internetdən istənilən məlumatı yükləyə və şəbəkəyə məlumat daxil edə bilər.

  Yaradıcıları tərəfindən altıncı hiss adlandırılan qurğunun seriyalı istehsalı barədə məlumat təqdim olunmur. Tərtibatçılar yalnız qeyd edirlər ki, bu cür cihaz üzərində hələ kifayət qədər işləmək lazımdır. Onlar belə qurğuların analoqlarının təqribən on ildən sonra insan beyninə daxil edilən implantant kimi istifadə olunacağını istisna etmirlər.  www.mincom.gov.az

         
 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

04-09-2008

Asus “dünyanın ən sürətli smartfonunu” təqdim edib

18-11-2008

HP kütləvi istifadə üçün nəzərdə tutulmuş Multi-Touch-la təchiz olunmuş noutbuk təqdim edib

22-11-2008

Əşyaları tanıyan cihaz yaradılıb

12-05-2016

1 kub millimetr ölçülü kompüter yaradılıb

06-03-2011

Amerikada oğurlanmış noutbukların axtarılması üçün sistem işlənib hazırlanıb

17-07-2008

Gələcəyin üç ekranlı smartfonu

22-02-2011

Dünyada ilk 3D smartfon və planşet kompüter təqdim edildi

17-02-2011

Planşetə çevrilən netbuk yaradılıb

16-09-2010

Etibarlı qurğu - Eikon To Go

02-10-2008

2D-ni 3D-yə çevirmək imkanına malik mobil çip buraxılıb

17-12-2010

Simmetrik dizayna malik smartfon təqdim olunub

27-08-2015

“Skype” ixtiraçısı məxfi danışıqlar üçün servis yaradıb

09-11-2013

Analitiklər kompüter mausunun istifadədən tam itməsini qabaqcadan bildirirlər

20-11-2008

2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008

Nokia şirkəti 3,2 düym geniş sensor ekranlı Nokia 5800 XpressMusic telefonunu təqdim edib

09-10-2008

Hərəkət edən proyektorla təchiz olunmuş smartfonun prototipi təqdim edilib

29-05-2015

Bill Qeyts proqram təminatı sahəsində əsaslı dəyişikliklər barədə qabaqcadan xəbər verib

20-08-2008

Yaponiyalılar ən kiçik insanabənzər robot təqdim ediblər

14-10-2008

Enerjisi tükənməyən batareya hazırlanır

24-08-2015

Bakcell WiMAX texnologiyasını nümayiş etdirib

12-11-2008

Arıqlamaq üçün qulaqlıqlar təqdim olunub

09-08-2017

“Mozilla” gələcəyin smartfonunu nümayiş etdirdi

28-09-2010

4 dollara Motorola

17-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə