Məlum olduğu kimi, Gooogle Android əməliyyat sistemi sahəsində fəaliyyyət göstərən proqramçılar ( developer) üçün yenilik edib. Belə ki, bundan sonra Android developer-lər üçün əsas rəsmi dil Kotlin olacaq.
Bildirilir ki, şirkət bu addımı özünü və Android ekosistemini Oracle şirkətinin Java lisenziyası ilə bağlı gələcəkdə ola biləcək hər hansı hücumlardan qorumaq üçün atır.
Şirkət yeni əlavə edilən dilin Java and C++ dilinə oxşar olduğunu vurğulayaraq Kotlin-in öyrənilməsinin çətin olmadığını nəzərə çatdırıb.
Məsələ proqramçılar, İT mütəxəssislər arasında birmənalı qarşılanmayıb. Dünəndən sosial mediada bununla bağlı ciddi müzakirələr davam edir.
Görəsən, bu yenilik mobil proqramçılıq sahəsinə necə təsir edəcək? . Ümumiyyətlə, Google bu yeniliyində konkret olaraq nələri nəzərdə tutur?
Xeberler.az olaraq məsələ ilə bağlı İT sektorunda yaxından tanıdığımız, bu sahə üzrə mütəxəssis Rüfət Babakişiyev ilə söhbət etdik.
Mütəxəssis hesab edir ki, Google bu yeniliklə Apple ın proqramçılar üçün etdiyi Swift yeniliyinə qarşı cavab verib.
Onun sözlərinə görə, Apple-ın bu yeniliyi uzun müddətdir proqramçılara təklif edilməsinə baxmayaraq yalnız 3-cü versiyadan sonra illərlə Objective C-yə üstünlük veren developerler tərəfindən hələ yeni-yeni istifadə edilməyə başlayıb:
“ Google bu cavabı ilə nə qədər uğurlu olacaq, bu, artıq sual altındadır. Apple iOS-da etdiyi yeniliklə müqayisədə Google-un bu yenilikləri proqramçılar üçün çətinlik yaradır. 5 ildən çoxdur Android platformasında tətbiq yazdığım üçün deyə bilərəm ki, Google Eclıpse IDE –dən (ADT plugin ilə) tutmuş Android Studio- ya qeder Apple-ın Xcode-u qədər sabit IDE təklif edə bilmir. Yeniliklər olduqda miqrasiyalar tam baş ağrıdır. Həmçinin, köhnə texnologiyaların dəstəklənməməsi problemler yaradır. Apple isə Objective C- ni bu gün də tam dəstəkləyir. Belə ki,şirkət iOS əməliyyat sistemindəki yenilikləri proqramçların hər iki dildə tam işlədə bilməsinə dəstək olur”.
Kotlin dilindən istifadəyə gəlincə isə mütəxəsssis deyib ki, böyük şirtkətlər öz SDK-larını bu dildə təklif edərsə, o zaman yeni dilə keçmək məsləhətdir:
“Əgər söhbət minimum dəyəri 5 min dollar olan layihədən gedirsə, bu dildən istifadə uyğun deyil. Facebook kimi şirkətlər öz SDK-larını bu dildə təklif edərsə, o zaman fikirləşmək olar, digər hallarda Kotlin-dən istifadə risklidir”.
O, həmçinin proqramçılığa yeni başlayanlar üçün bəzi vacib məqamları da bölüşüb:
1. Əgər təməl proqramlaşdırma biliyi, OOP barədə məlumatınız yoxdursa, Veb və ya Desktop-da nəsə yaratmayıbsınızsa, öncə bunları öyrənin
2. Tətbiq yazmadan öncə seçilən platformanın, lazım olan proqramlaşdırma dilini yaxşıca araşdırın (təcrübəli developer kodun yox, data structure-ın dərdini çəkir) və ya öyrənin
3. Developer.apple.com və android.com platforması ilə yaxından tanış olun. Ümumiyyətlə, yaxşı development ( proqramçı) təcrübəniz varsa, elə bu 2 resurs kitablardan çox faydalıdır
4. YouTube-dan uzaq durmaq lazımdır. Video ilə nəsə öyrənmək uğurlu alınmır. Məncə, ən azından kodu copy paste edib yoxlamaq olmur
5. Veb servislərlə işləyin. Hazırda demək olar ki, data istifadə etməyən tətbiq yoxdur
6. Mobile development həvəskar və oyuncaq deyil ki, hər hansı düyməyə klik edəndə açılsın. Mobil tətbiqlər bu gün yüzlərlə şirkətin biznesində aparıcı rol oynayır. Ona görə istifadəçinin mobil cihazının resurslarını, enerjisini, təhlükəsizliyi, mobil data istifadəsini və digər bu kimi vacib məqamları nəzərə almaq lazımdır. Təəssüf ki, hazırda ölkədə bizneslər bu alətlərdən uğurlu istifadə edə bilmir
7. Moble App Marketlerinde (Apple, Google, Amazon və s.) tətbiq yerləşdirmək üçün öz materiallarını oxumaq kifayet edir
Mütəxsəssis onu onu da qeyd edib ki, bu sahəyə yeni başlayanlar ingilis dilini araşdırma aparmaq, bu sahə ilə bağlı dünya təcrübəsini bilmək üçün öyrənməlidir:
“Bu sahədə dünya təcrübəsini oxuyub, bloq yazıları izləyib, araşdırma aparmasaz, uğurlu ola bilməyəcəksiniz. Türk dilində materialları çox da ciddiyə alıb, onlarla kifayətlənmək olmaz. Bu zaman nə özünüzü inkişaf etdirə, nə də layihəni uğurla başa çatdıra bilərsiniz”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri