“Apple” 5G-ni dəstəkləyən yeni “iPhone”u təqdim edib

14-10-2020 / 10:58

“Apple” şirkəti Kupertinoda yeni “iPhone 12”-i nümayiş etdirib.

Xeberler.az bildirir ki, yeni texnologiyalara həmçinin iki başqa smartfon “iPhone 12 mini” və “iPhone 12 Pro Max” daxildir.

Gözlənildiyi kimi, modelin əsas xüsusiyyətlərindən biri 5G simsiz şəbəkələrinə dəstək verməsidir.

Smartfon OLED ekrana və yeni ultra güclü şüşə qoruyucu “Ceramic Shield”ə malikdir. Həm də əvvəlki versiyaya nisbətən 11 faiz daha nazik, 15 faiz kiçik və yüngüldür.

Yeni “iPhone 12” yastı kənarlara “iPhone 4”ü və “iPhone 5”-i, həmçinin “iPad”ı xatırladır.

Ekranların diaqonalları 5,4, 6,1 və 6,7 düymdür.

“IPhone 12”də sələflərində olduğu kimi, iki kamera olacaq.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə