Motorola şirkətinin icraçı direktoru Sancay Ca söylədi ki, şirkət ştatları ixtisar etmək və istehsal prosesini sadələşdirmək niyyətindədir.
Minlərlə işçini ixtisar edəcək plan haqqında hələlik heç bir məlumat yayılmayıb. Əsas məlumatlar yəgin ki, cümə axşamı Motorolanın dördüncü rüb hesabatında açıqlanacaq.
Qərb KİV-nin məlumatına görə, Motorola rəhbərliyi müxtəlif mobil əməliyyat sistemlərini məhdudlaşdırmaq istəyir. Belə ki, satışın böyük hissəsini təşkil edən orta səviyyəli smartfonlar Android platformasından istifadə edəcəklər. Ticarətə istiqamətlənmiş qurğular əvvəlki kimi Windows Mobile-la işləyəcəklər. Ən sadə telefonlar isə Motorola – P2K əməliyyat sistemi ilə təchiz olunacaqlar.
Bununla yanaşı, təsdiqini tapmamış məlumata görə, Motorola Windows Mobile-la olan bəzi smartfonların istehsalını autsorsinqə (müəyyən biznes proseslərini və istehsal funksiyalarını digər şirkətə həvalə etmək) vermək istəyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri