Apple Store işçilərinin xoşbəxt olmasının səbəbi nədir?

25-07-2016 / 10:20

Dünyada əksər Apple istifadəçiləri deyir ki, hər dəfə Apple Store mağazasına gedəndə buradakı işçilərin nə qədər xoşbəxt olduğu və mühitə müsbət enerjiləri ilə onlara xoş təsir bağışlayır.

Bəs Apple Store işçilərinin bu qədər xoşbəxt və işlərindən məmnun olmaqlarının  səbəbi nədir?

Xeberler.az xarici mediaya istinadən Apple Store işçilərin xoşbəxtliyinə səbəb 5 əsas məqamları təqdim  edir:

 Hər şeydən əvvəl bir Apple işçisi olmaq

Apple-ın  istehlakçılar üzərində yaratdığı marka təsirinin nə qədər maraqlı olduğunu bilirsiniz. Belə ki, yeni çıxan iPhone almaq üçün günlərlə çadır qurub sıra gözləyənlər Apple-a  olan simpatiyalarını sərgiləyir.

Belə olan halda milyonlarla insanın Apple tutqusunun olması Apple Store işçilərində də fərqlilik hissi yaradır.

Yalnız satıcı yox, ekspert

Apple istehlakçılar üzərindəki müsbət yanaşmasını eyni şəkildə işçilərinə da əks etdirir. Sıradan bir texnologiya zənciri mağazasında müştərilərlə ünsiyyət quraraq məhsulların satışını həyata keçirən və quraşdırılmasını təmin edən şəxslərə "satış işçisi" adı verilərkən Apple  bənzər vəzifəyə sahib işçilərinə ekspert adını verir. Ya da texniki dəstək qrupuna aid "Genius" adı verilir.

Beləliklə, Apple Store işçiləri həqiqətən şirkət adına əhəmiyyətli bir iş  gördüklərini fərqinə vararaq hər gün eyni həyəcanla işləyir.

Apple-da neqativ olmaq qadağandır

2011-ci ildə Wall Street Journal tərəfindən nəşr olunan Apple Store işçilərinin xoşbəxt olduğu ilə əlaqədar araşdırma yazısında  Apple işçiləri şirkət  daxilindəki çox maraqlı bir qaydadan bəhs ediblər: "Mənfi  düşünmək  qadağan!"

Bu işçilərin dediyinə görə Apple Store-da  işləyənlər gələn müştərilərinə "Üzgünük", "Təəssüf ki”, “Əfsuslar olsun” kimi ifadələr demir.  Bunun yerinə daha müsbət cümlələrlə müştərinin istəyinin mümkün olmadığını bildirir.

Beləliklə, Apple işçiləri müəyyən bir müddət sonra müsbət danışmağa alışır və bu müsbət vəziyyət əlbəttə müştərilərdə həmişəlik əksini tapır.

Apple mütəxəssislərinin şifrəsi: A P P L E

Carmine Gallo, Apple təcrübəsi mənasını verən "The Apple Experience" adlı kitabında Apple Store-da  işləyəcək şəxslərin aldığı A P P L E şifrəli təhsildən bəhs edir.

Applen-ın baş hərflərindən ibarət olan bu təhsil proqramı Apple işçilərinin daim müsbət olmasına imkan yaradır:

Approach (Yanaşma) - Müştərilərə gülərüzlü yaxınlaşma

Probe (Dərininə araşdırma) - Müştəri ehtiyaclarına istiqamətli araşdırma

Present (Təqdimat) - Müştəriyə aydın və ən yaxşı həlli təqdim etmə

Listen (Dinləmək) - Müştərini tam mənasıyla dinləmək

End (sonlandırma) - Müştəri məmnuniyyəti yaradaraq görüşü sonlandırma

Müştəriləri nəzakətli və anlayışla qarşılaşma

Apple Store-a gedən müştərilər, ümumiyyətlə,  nəzakətli və anlayışlı insanlardır.  Yəni, "Get və mənə dərhal iPhone 6S gətir” deyə qışqıracaq bir müştərinin olma ehtimalı çox aşağıdır. Ona görə işçi- müştəri arasındakı ünsiyyət müsbət və sağlamdır.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə