Apple Watсh-dan ən çox hansı məqsədlə istifadə olunur?

28-11-2015 / 12:21

Məlumat verdiyimiz kimi, Apple-ın San-Fransiskoda təşkil etdiyi konfransda ağıllı saatını təqdim etməsi bu ekosistemdə böyük marağa səbəb olub.

Apple  Watсh istifadəçiləri arasında edilən araşdırmaya görə, Apple Watсh  1 saat istifadə olunur.

Stokholm universitetinin araşdırmaçıları 34 gün ərzində 12 Apple Watсh istifadəçisini izləyib, onların ən çox hansı məqsədlə Apple Watсh-dan istifadə etdiyini araşdırıb.

Xeberler.az-ın  xarici mətbuata istinadən verdiyi məlumata görə, 12 istifadəçinin ən çox istifadə etdiyi tətbiq Watch Face olub.

Apple Watсh istifadəçiləri bir saatda orta hesabla 6 dəfə saatı öyrənmək üçün istifadə edirlər.  

Cihazda ən çox istifadə olunan tətbiqlər arasında edilən araşdırmaya görə. Workout zamanlayıcısı bütün tətbiqlərin 6 faizinə, Activity 3 faiz, Workout isə 2 faizinə sahibdir.

Apple Watсh-un əsas proqramlarından biri olan Siri isə siyahıda 8-ci yerə sahib olmaqla  2 faiz istifadə olunub. 

 

Ümumi nəticələr Apple Watсh-un 3-cü qrup proqramlar üçün uyğun platforma olmadığını göstərib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə