Previous Next
Bağla

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019 14:53
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hər bir hərracda rahat iştirak imkanları təmin edilir.

Xeberler.az  bildirir ki, Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə mövcud elektron prosedurlar vətəndaşların internet vasitəsilə hərracda iştirakına şərait yaradır. Müxtəlif kateqoriyalar üzrə seçim çoxluğu ilə hər kəsin istəyinə uyğun əmlaka sahib olmaq imkanı var. Komitə tərəfindən növbəti hərraclardan biri 19 mart tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Onlardan 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.

Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Şəki Tikinti Quraşdırma”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.

İnvestorlar üçün yeni biznes imkanları yaradan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Bu dövlət obyektləri paytaxtla bərabər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Sərmayəçilər biznes planlarına uyğun ticarət, turizm, ictimai iaşə və digər xidmət obyektləri üzrə seçim edə bilər. Dövlət əmlaklarından biri Yevlax şəhəri, S.C.Pişəvəri küçəsindədir. Əvvəllər mehmanxana kimi fəaliyyət göstərən müəssisənin ümumi faydalı sahəsi 1562.6 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 2835.8 kv.m-dir. Yeni biznesə başlayanlar üçün maraqlı olan ticarət obyektləri paytaxtda, İmişli, Masallı, Gəncə kimi şəhər və rayonlarda yerləşir.

Özəlləşdirməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12.5 kv.m və 213.7 kv.m arasındadır. Bu növ dövlət əmlaklarından 8-i Bakıda, 4-ü Sumqayıtda, 2-si Daşkəsəndə digərləri isə Sabirabad, Bərdə və Tərtər rayonlarındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsindədir. Vətəndaş 2 min 500 manat beh ödəyərək xidmət və ofis obyekti kimi fəaliyyətə imkan verən dövlət əmlakının hərracında iştirak edə bilər. 2007-ci ildə istehsal olunan avtomobillər Qaz və Uaz markalarına aiddir.

Qeyd edək ki, bu nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1800 manat və 3 min 500 manatdır. Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan şəxslər açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019
Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə