Previous Next
Bağla

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019 14:50
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi investorların prosesə qoşulmasını sadələşdirir. 

Xeberler.az  bildirir ki, təşkil edilən hərracların artıq yeni ünvanda - Əmlak Xidmətləri Məkanında (Bakı şəh., Nizami ray., X.R.Ulutürk küç., 20) keçirilməsi iştirakçı məmnuniyyətinə və rahatlığına yönəlib. Açıq və şəffaf prosesdə həm canlı, həm də onlayn formada iştirak prosesi üçün 100 nəfərlik zal müasir avadanlıqlarla təmin edilib. Belə ki, hərrac zalında quraşdırılan monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatlarla tanış olmaq, eləcə də virtual hərrac prosesini izləmək mümkündür.

Komitənin yeni ünvanda təşkil etdiyi ilk hərrac 12 fevral tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kv.m-dir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər. Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kv.m ilə 267,6 kv.m intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, Daşkəsən və Sabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.

Təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələr üzrə səhmdar cəmiyyətlərinin səhm paketləri də budəfəki hərraca çıxarılıb. Bu dövlət əmlaklarına “Bərdə Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel ” kimi səhmdar cəmiyyətləri aiddir. Belə müəssisələr respublikanın müxtəlif regionlarında yerləşir. Hərraca çıxarılan səhm paketləri səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Avtomobil almaq istəyənlərə geniş seçim imkanı təklif edən nəqliyyat vasitələri isə QAZ, Volkswagen, BMW, FIAT və digər markalara aiddir. Bu nəqliyyat vasitələrinin istehsal tarixləri 2005-2008-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac prosesinə qoşulmaq üçün Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10%-i həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019
25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə