Previous Next
Bağla

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019 14:13
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi müasir hərraclar vətəndaşların dövlət əmlaklarının özəlləşdirilməsi prosesində rahat iştirakını təmin edir.

Xeberler.az  bildirir ki, cəlbedici əmlakların hərraca çıxarılması ilə hər kəs ərazi, ümumi faydalı sahə, torpaq sahəsi və digər kriteriyalar üzrə seçim edərək özəlləşmədə iştirak edə bilər. Komitə tərəfindən təşkil olunan növbəti hərrac aprelin 9-u keçiriləcək. Bu dəfə özəlləşmə prosesinə ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 15-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 6-sı qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 35-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılmış kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9.2 min kv.m intervalındadır. Onlar arasında yüksək iqtisadi potensiallı və investorlar üçün maraqlı ola biləcək kifayət qədər dövlət əmlakları var. Misal olaraq, Şabranda Dəvəçi mehmanxanasını, Lənkəranda Mexaniki Təmir Zavodunu, Goranboyda Yardımçı təsərrüfatı və digərlərini göstərmək olar. Astaradakı kinoteatr fəaliyyətini xidmət sahəsində qurmaq istəyən sərmayəçilər üçün maraqlı əmlakdır. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən bu dövlət əmlakının ümumi faydalı sahəsi 442.6 kv.m-dir. Obyekti özəlləşdirmək istəyən şəxs ondan həm hazırkı, həm də seçdiyi digər biznes sahəsi üzrə fəaliyyətdə gəlir əldə edə bilər.

Bərdə, Şirvan, Lənkəran, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Əli Bayramlı Kəndnəqliyyat”, “Lənkəran Taxıl” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb. Qeyri-yaşayış sahələrinə gəldikdə isə onların ümumi faydalı sahəsi 22.2 kv.m və 176.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadə imkanlarına malik bu növ dövlət əmlakları Bakı və Gəncə şəhərlərində yerləşir. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi isə paytaxtın Nizami rayonu, Ə.Vəliyev küçəsindədir. Avtomobil sahibi olmaq istəyənlər seçimini hərraca çıxarılan nəqliyyat vasitələri üzrə edə bilər. Daewoo və Man Lion markalarına aid avtomobillərin buraxılış tarixləri 2008-2009-cu illərdir. Qeyd edək ki, bu növ dövlət əmlaklarının ilkin hərrac qiymətləri 6 min 750 manat ilə 12
min 500 manat arasındadır.

Təşkil olunan özəlləşdirmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) seçim, elektron sifariş prosedurlarını yerinə yetirə bilər. Hər kəsin keçirilən hərraclarda canlı və onlayn formada iştirak imkanı var. Belə ki, iş, ev və ya digər məkanları tərk etmək imkanı olmayan vətəndaşlar hərraca onlayn formada qoşularaq, seçdiyi dövlət əmlakını virtual məkandan özəlləşdirə bilər.

Qeyd edək ki, hərraclarla bağlı sualı olan vətəndaşlar komitənin rəsmi saytı və Özəlləşdirmə portalındakı onlayn məsləhət pəncərəsinə, komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və 193 Çağrı Mərkəzinə müraciət edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi dövlət əmlaklarının özəlləşməsində fəal iştiraka dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019
Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə