Previous Next
Bağla

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018 12:05
170 dövlət əmlakı üzrə seçim imkanı

Özəlləşdirmə hərraclarının keçirilməsi hər kəsin seçdiyi dövlət əmlakına rahatlıqla sahib olmasına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin təmin etdiyi elektron hərraclar isə prosesi daha da sadələşdirir. Komitə tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq. Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Xeberler.az  bildirir ki, hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kv.m olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır.

Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər. Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir.

Ümumi faydalı sahəsi 86,6 kv.m olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər. Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.

Bütün kateqoriyalar üzrə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat komitənin rəsmi saytı (www.emdk.gov.az) və Özəlləşdirmə portalında (www.privatization.az) yerləşdirilir. İştirak etmək istəyən hər kəs seçdiyi dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i miqdarında beh ödəyərək sifarişçiyə çevrilə bilər. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər prosesdə canlı və onlayn formada iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə