Previous Next
Bağla

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018 10:57
Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

Dövlət əmlaklarının özəlləşdirilməsində keçirilən hərraclar investorların prosesə rahat şəkildə qoşulmasını təmin edir. Bu elektron hərrac sisteminin imkanları sayəsində mümkün olur. Vətəndaş işdə, evdə, internetin olduğu hər yerdə seçdiyi dövlət əmlakını sifariş verib iştirakçıya çevrilə bilər. Onlayn izləmə və qatılmaq imkanı həm sifarişçilərin, həm də hərracla maraqlanan ziyarətçilərin elə olduqları məkanda prosesdə iştirak etmələrinə şərait yaradır.

Xeberler.az  bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək. Ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat
sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4 kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.

Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında kəndkimya, nəqliyyat, təmir, istehsal və digər iqtisadi sahələrdən olan müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ucar Tikinti Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri aiddir. İnvestorlar hərracda iştirak edərək bu səhmdar cəmiyyətlərinin dövlətə məxsus 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.

Özəlləşdiriləcək nəqliyyat vasitələrinin markaları və istehsal tarixləri müxtəlifdir. Vaz, Nissan, BMW, Mercedes kimi şirkətlərin istehsal etdiyi avtomobillərin buraxılış tarixi 1985- 2006 illəri əhatə edir. Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və sifariş vermək üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron mənbələrdə hərraca çıxarılan hər bir obyektin adı, ünvanı, ümumi faydalı sahəsi, eləcə də digər əmlaklar barədə lazımi informasiya mövcuddur. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə