Previous Next
Bağla

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019 13:05
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf həraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.

Xeberler.az  bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investorlar və vətəndaşlar üçün yaradılan rahat iştirak mühitində növbəti hərraclardan biri 19 fevral tarixində keçiriləcək. Budəfəki özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, yardımçı təsərrüfatlar, əmlak kompleksləri və digər obyektlər aiddir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Fəaliyyətinin bərpası və ya başqa iqtisadi sahə üzrə yenidən qurulması ilə investora yüksək gəlir qazandıra biləcək əmlaklardan biri paytaxtın Mərdəkan qəsəbəsindəki restorandır. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 1743.9 kv.m-dir. Şəmkirdə yerləşən yun tədarükü məntəqəsinin ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması dövlət əmlakının iqtisadi potensialını artıran göstəricilərdən biridir.

Fərqli xidmət sahələri üzrə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün uyğun imkanlar yaradan qeyri-yaşayış sahələrindən 5-i Sumqayıtda digərləri isə paytaxt rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14 kv.m və 1612 kv.m arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış obyekti Yasamal rayonu, 613-cü məhəllə, M.Muxtarov küçəsindədir. Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə əmlaklar sırasında “Azinterservis”, “Sabirabad İnşaat Sənaye”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətləri var.

Qeyd edək ki, budəfəki hərracda investorlar paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketlərini özəlləşdirə bilər. Dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə