Previous Next
Bağla

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018 14:20
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır. Vətəndaşlara yönəlik hərrac prosedurları onların rahat özəlləşmə mühitində iştirakını təmin edir.

Xeberler.az  bildirir ki, komitənin keçirəcəyi növbəti hərraclardan biri dekabrın 11-i reallaşacaq. Bu dəfəki hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər rayonlarında yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m aralığındadır. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir. Qeyd edilən ünvandakı Əmlak kompleksi ümumi ərazisi 37 min 602 kv.m olan torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.

Daha az büdcəylə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşlar seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m və 287.9 kv.m intervalındadır. Müxtəlif sahələr üzrə ofis və xidmət obyekti kimi istifadəyə imkan verən dövlət əmlaklarından 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 147 kv.m-dir.

Bu dəfəki hərraca çıxarılan Kia, Daewoo, Mercedes və Mitsubishi kimi markalardan olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci illərdir. Özəlləşdiriləcək səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketlərinin ümumi həcmi 30%-45% arasındadır. “Azərmetalinvest”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlərinin ticarət, kəndkimya, nəqliyyat, tikinti-inşaat kimi sahələr üzrə fəaliyyət imkanları mövcuddur.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az), sosial şəbəkələrdəki səhifələri və Özəlləşdirmə portalından (privatization.az) ətraflı məlumat əldə edə bilər. Göstərilən mənbələrə yerləşdirilmiş dövlət əmlakları haqqında məlumatlarla tanış olmaqla bərabər, elektron sifariş vermək və hərracda onlayn iştirak etmək kimi fürsətlər də mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə