Previous Next
Bağla

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018 14:10
25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

Vətəndaş məmnuniyyətini daima öz planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. İnnovativ üsulların tətbiqi ilə keçirilən hərraclar vətəndaşlara elektron qaydada seçim və sifariş imkanları təklif edir. Özəlləşdirmə prosesinin elektron qaydada keçirilməsi, həmçinin hərraca onlayn qatılaraq iştirak etmə və izləmə imkanı vətəndaşların bu sahəyə olan marağını artırır.

Xeberler.az  bildirir ki, özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraclardan biri də 25 dekabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir. İnvestorlar kiçik dövlət müəssisələri üzrə seçim edərək həm hazırkı sahə, həm də digər istiqamətlər üzrə biznes planlarını reallaşdıra bilər. Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak – “Taxıl qəbul məntəqəsi” Qobustan şəhərində yerləşir. Ümumi faydalı sahəyə 3763.3 kv.m olan adıçəkilən müəssisə 19 min 551 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kv.m-dir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşməyə çıxarılan nəqliyyat vasitələri 2005, 2007-ci illər, Nissan, Hyundai, QAZ, UAZ, Ford olmaqla vətəndaşlara təklif edilir. Dövlət əmlakları barədə ətraflı məlumatları Özəlləşdirmə portalında (privatization.az) əldə edən vətəndaş hərraclara elektron formada qatıla bilər. İstifadəçi operativ sifariş imkanları ilə hər seçdiyi əmlak üzrə potensial iştirakçıya çevrilə bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir. Hərrac keçirilən gün isə iştirakçı statusu qazanan şəxslərlə yanaşı, prosesə maraqlı olanlar da keçirilən ünvana gələrək prosesi canlı və ya onlayn olaraq izləyə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə