Previous Next
Bağla

Ariane orbitə iki telekommunikasiya peyki çıxarıb

01-10-2015 10:53
Ariane  orbitə iki telekommunikasiya peyki çıxarıb

Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan start götürən Ariane-5 ağır raketdaşıyıcısı yarım saat sonra standart geostasionar orbitə Sky Muster və ARSAT-2 telekommunikasiya peyklərini çıxarıb.  Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, ümumi çəkisi 9417 kq təşkil edən iki aparatdan biri Avstraliyanın NBN rabitə operatoru üçün buraxılıb.

Peyk Avstraliya qitəsini, eləcə də regionun bir sıra adalarını, o cümlədən Norfolk və Kokos adalarını yüksəksürətli internetlə təmin edəcək. Avstraliya üçün peyk böyük əhəmiyyətə malikdir, çünki aparat ölkənin ucqar yerləri ilə etibarlı internet rabitəsini təmin etməyə imkan verəcək. Bu, xüsusilə məktəblilərin tədrisi üçün nəzərdə tutulan informasiyanı ötürməyə, eləcə də distansiyalı tibbi məsləhətlər verməyə şərait yaradacaq.

Arianspace şirkətinin məlumatına görə, çəkisi 7,4 ton təşkil edən Sky Muster telekommunikasiya peyki indiyədək dünyada buraxılan telekommunikasiya aparatları arasında ən ağırıdır.

ARSAT-2 peyki Argentinanın ARSAT geostasionar rabitə operatoru üçün orbitə çıxarılıb. Bu, Argentina tərəfindən layihələşdirilən və istehsal edilən ikinci peykdir. ARSAT-2 Cənubi, Mərkəzi və Şimali Amerika ərazisində peyk televiziyası, internet, məlumat ötürmə və telefon rabitəsi daxil olmaqla geniş spektrli telekommunikasiya xidmətləri göstərməyə imkan verəcək.

Artıq orbitdə olan ARSAT-1 Argentina və qonşu ölkələrə xidmətlər göstərir.

ARSAT-2 peykinin buraxılışı münasibətilə Argentinanın federal planlaşdırma, dövlət investisiyaları və xidmətləri naziri Xulio de Vido və Arsat şirkətinin rəhbəri Matias Biançi Fransız Qvianasına gəlib.

ARSAT-2 Argentinanın INVAP şirkəti tərəfindən hazırlanıb və tikilib. Layihənin həyata keçirilməsinə 250 milyon dollar xərclənib.

 Ariane-5 raketdaşıyıcısının ağır versiyasının hazırkı buraxılışı bu il say etibarilə artıq beşincidir.

Raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılan aparatlar indi ümumi buraxılış sayı 226-ya bərabər olan daşıyıcı ailəsinin 399 və 400-cü peykidir.

 Məlumat üçün qeyd edək ki, INVAP Argentinanın 1976-cı ildə yaradılan və nüvə energetikası, kosmos, sənaye və tibb sahəsində avadanlığın istehsalı ilə məşğul olan dövlət elmi istehsal müəssisəsidir.

Cənubi Amerika ölkəsində yüksək texnologiyalı layihələrin hamısı müstəsna olaraq bu şirkətin iştirakı ilə həyata keçirilir. 

Bundan başqa, bu, Argentinanın ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən peyk layihələrini müstəqil həyata keçirə bilən şirkət kimi sertifikatlaşdırılan yeganə müəssisəsidir. INVAP özünü tam maliyyələşdirir və dövlət büdcəsindən vəsaitlər almır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ariane raketdaşıyıcısı orbitə iki telekommunikasiya peyki çıxarıb

11-11-2015

Ariane 5 raketdaşıyıcısı start götürüb

21-08-2015

Ariane 5 raketdaşıyıcısı iki peyklə start götürüb

16-07-2015

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Yeni peykimiz orbitə nə vaxt buraxılır?

06-04-2018

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

“Ariane” raketdaşıyıcısının startı olub

27-04-2015

Azərbaycanın ilk peykinin orbitə buraxılmasından 10 il ötür

08-02-2023

"Vega-C" raketi KOMPSAT-7 peykini orbitə çıxarıb

02-12-2025

Avropanın iki peyki orbitə çıxarılıb

19-12-2015

“SpaceX” İndoneziyanın rabitə peykini orbitə çıxarıb

19-06-2023

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Türksat 4B peyki orbitə çıxarılıb

17-10-2015

Çin yeni peykini orbitə çıxarıb

04-11-2015

Çin orbitə iki yeni peyk buraxıb

05-11-2008

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

13-09-2018

Azərkosmos Airanespace şirkəti ilə müqavilə imzalayıb

02-12-2015

Yaponiya ilk dəfə xarici kommersiya peyki buraxıb

24-11-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Türksat - 4B orbitə göndəriləcək

15-10-2015

Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

05-11-2010

Azerspace-2 peykinin buraxılış tarixi dəyişdirilib

20-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə