Previous Next
Bağla

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022 13:52
Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq
"Deyəsən ASAN Xidmətə dəxli olmayan ASAN İmzanın inhisarçılığına son qoyulacaq. Azİntelecom yeni nəsil rəqəmsal imza təqdim etməyə hazırlaşır".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, RİNN-in elektron imzası mobil olmadığından uzun illərdi ki, "ASAN İmza" bizim bazarda hökmranlıq edir. Bu faktın özü, yəni ölkənin bütün imza infrastrukturunun xarici bir ölkəyə məxsus sistem üzərində "oturması" da absurd bir vəziyyətdir.
 
"Ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olanlar da bu məsələdə acizdirlər. İmza məsələsində situasiyanı dəyişə biləcək yeni nəsil şəxsiyyət vəsiqələrindəki imzanın aktivləşməsinə də uzun illər kimlərsə imkan vermədilər. Vəsiqələr verildi, amma imzalar aktivləşmədi".
 
Osman Gündüz bildirib ki, daha bu formada, yəni şəxsiyyət vəsiqəsindəki yeni nəsil imzaya da ehtiyac yoxdur. Artıq əlavə kart vasitəsilə oxunmasına ehtiyac olan bu tip elektron imzaların da dövrü bitib.
 
"Dövlət büdcəsindən də xeyli vəsaitlər xərclənmişdi yeni nəsil imza infrastrukturunun qurulmasına. İnfrastruktur quruldu, amma naməlum qüvvələr imzanın tətbiqinə imkan vermədi.
 
Təəssüf ki, cavabdehlər zamanında imzanı tətbiq edə bilmədilər və artıq bu layihə öz əhəmiyyətini də itirib".
 
Ekspert güman edir ki, indi Azİntelecom məhz bütün bunları nəzərə alaraq daha müasir, rəqəmsal, telefon nömrəsinə bağlı olmayan bir mobil imza təqdim etmək niyyətindədir.
 
"Biz dəfələrlə təklif etmişdik ki, bu inhisarçılıqdan qurtulmaq lazımdır, ASAN Xidmət özünə dəxli olmayan brendə sahib çıxmalıdır, eGov Mərkəzi yeni mobil imza infrastrukturu yaratmalıdır.
 
Görünür ki, indi ASAN və RİNN arasında anlaşma olub ki, RİNN bazara yeni imza sistemi çıxartsın.
 
Ümid edirəm bu dəfə xarici və daxili imza inhisarçılarının da müqavimətini qıra biləcəklər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

ASAN imza problemi davam edir

28-03-2019

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

20-07-2020

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Smartfonu olan şəxslər “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək

11-02-2022

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Asan İmza ödənişsiz oldu

22-05-2020

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə