Məlumat verdiyimiz kimi, bir neçə gün öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional ASAN xidmət mərkəzinin açılışı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional ASAN xidmət mərkəzinin açılışında iştirak etdi.
Yeni Mərkəz avqustun 20-dən etibarən vətandaşlara xidmət etməyə başlayıb.
Dünən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bir qrup media nümayəndələrinin Qəbələyə səfəri baş tutub.
Belə ki, həmkarlarımızla Qəbələ regional ASAN xidmət mərkəzinin infrastrukturu və fəaliyyəti ilə yaxından tanış olduq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib ki,son 2 gün ərzində 600-dan çox vətəndaş ASAN xidmət-ə müraciət edərək, müvafiq xidmətlərdən yararlanıb.
Onun sözlərinə görə, vətəndaşlar Mərkəzə gəlmədən də ASAN xidməti çərçivəsində göstərilən xidmətlərlə bağlı zəruri sənədlər, dövlət rüsumları ilə bağlı əhəmiyyətli məlumatları həm ASAN xidmət-in rəsmi internet səhifəsindən, asan.gov.az və 108 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərlər.
Qurum rəsmisi vurğulayıb ki, respublikanın istənilən rayonundan stansionar telefonları ilə (ev, iş) 108 Çağrı Mərkəzinə edilən zənglər ödənişsdir.
Mərkəzlə tanışlıq zamanı bildirilib ki, Qəbələ şəhərində ASAN xidmət regional mərkəzinin tikintisinə 2014-cü ilin iyun ayından başlanıb. Tikintisi bu ilin iyul ayında başa çatıb.
Öyrənirik ki, Qəbələ ASAN xidmət mərkəzinə 10 dövlət orqanı( Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmək Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ ximət göstərilir.
Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər ( bank, sığorta, hüquqi yardım , tərcümə xidmətləri ) təşkil edilib.
Qeyd edək ki, Mərkəzdə əməkdaşların sayı 155, könüllərinin sayı isə 45-dir.
Mərkəzdə video müşahidə, video növbə sistemi, lift , 6 eskalator, yanğın təhlükəsizliyi sistemi, mərkəzi ventilyasiya sistemi, mərkəzi isitmə və soyutma sistemi, çiller, davamlı elektrik enerjisi ilə təmin edən UBS və genaratorlar quraşdırılıb.
Qeyd edək ki, Mərkəzdə elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri də göstərilir: “Elektron şikayət köşkündə Skype vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılır. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən edilir.
Belə ki, bu köşk vasitəsi ilə şikayət və təklifləriniz Skype vasitəsi ilə qəbul edilir. Müraciətinizə uyğun olaraq 15, 20, 30 gün ərzində sizə ya poçt vasitəsi ilə və ya elektron formada məktub göndərilir.
Mərkəzin ərasizində park salınıb. Fontanlı kaskad şəlalə, uşaqlar üçün oyun meydançası, velosiped yolu, oturacaqlar, LED işıqlandırma fonorlar və informasiya tabloları, 120 avtomatik park yeri, başqa regionlardan gələn vətəndaşlar üçün avtobus dayanacağı tikilib.
Qəbələ ASAN xidmət mərkəzi Balakən rayonu ( əhalisi 94900), Zaqatala ( əhalisi 124700) Qax ( 55200), Şəki ( 181000), Qəbələ ( 102898), Oğuz rayonu ( 84892), İsmayıllı rayonu ( 40845), Ağsu( 76300), Şamaxı rayonu ( 97700), Qobustan ( 44000) ərazisində qeydiyyatdan olan , ümumilikdə 902435 vətəndaşa xidmət göstərəcək.
Mərkəzin açılışı zamanı qeyd edildiyi kimi, ASAN xidmət bir çox yeni innovativ layihələrin icrasına da başlayıb.
Bu barədə Qəbələ regional ASAN xidmət mərkəzinin açılış mərasimində Prezident İlham Əliyevə məlumat verilib.
Layihələrin təqimatı ilə bağlı ASAN xidmət-də ayrıca mərkəz də təşkil edilib.
Həmin Mərkəzlə də tanış olduq.
Yeniliklərdən biri “ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.
Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.
“BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.
Yeni layihələr arasında “Cücələrim inkibatoru” da diqqəti cəlb edir. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.
Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.
“Ready 1.0-hazır sənəd” cihazı vasitəsilə vətəndaşlar sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.
Sosial Layihələr Portalı dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.
Qeyd edək ki, yeni innovativ layihələrlə bağlı ətraflı yazımız olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri