“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026 / 14:52

Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BƏƏ-nin dövlət naziri və Kabinetin baş katibi Məryəm Al Hammadi imzalayıblar.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, idarəetmə və institusional bacarıqların inkişafı, müvafiq istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsidir.

Eyni zamanda, sənədin icrası çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə