Previous Next
Bağla

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015 16:34
“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Berlində səfərdədir.

“ASAN xidmət”dən Xəbərlər-ə verilən məlumata görə,  səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Almaniya Bundestaqının deputatı və Almaniyanın ATƏT-in parlament assambleyasındakı nümayəndə heyətinin rəhbərinin müavini Yürgen Klimke, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer, Almaniya Federal Xarici və Daxili İşlər Nazirliklərinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) nümayəndələri, habelə Almaniya Parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri xanım Karin Strenz və qrupun digər üzvləri ilə görüşlər keçirilib.



Agentliyin sədri İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. “ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.

Görüşlər zamanı Almaniya rəsmiləri dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin zəruriliyini vurğulanıb.



Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya arasında əməkdaşlığın dinamik inkişafından və bu əməkdaşlığın inkişafına “ASAN xidmət”in töhfəsindən danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu sahədə dövlət dəstəyinin rolu və beynəlxalq miqyasda fəaliyyəti barədə məlumat verib.

Nümayəndə heyətinin səfəri XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda keçirilən Konqresdə iştirak çərçivəsində davam etdirilir.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

13-05-2026

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025

Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

03-04-2015

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə