“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

16-11-2024 / 09:32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "ASAN xidmət" tərəfindən təşkil olunan Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda keçirilib.

ICESCO pavilyonunda gerçəkləşən görüşdə Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış anlaşma memorandumunun implementasiyası çərçivəsində həyata keçirilmiş işlərlə bağlı müzakirələr aparılıb. Həmçinin yeni əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət proqramının hazırlanmasına dair razılığa gəlinib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə