Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində iştirak edib.
Xeberler.az məlumat verir ki, sammit çərçivəsində qurumun sədri “Dövlət xidmətlərinin mükəmməlliyi və fəaliyyət səmərəliliyi: uğurlar və öyrənilmiş təcrübələr” mövzusunda təşkil olunan sessiyada çıxış edib. O, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və bu xüsusda “ASAN xidmət” modelinin verdiyi töhfədən bəhs edib.
Müvafiq sessiyada BƏƏ-nin, Estoniyanın və Finlandiyanın aidiyyəti dövlət qurumlarının rəhbərləri də çıxış ediblər.
Həmçinin Sammit çərçivəsində Dövlət Agentliyinin sədri ilə müxtəlif ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.
BƏƏ-nin kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi ilə görüş zamanı tərəflər arasında imzalanmış anlaşma memorandumunun implementasiyası çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib.
Serbiya, Seneqal, Albaniya və Esvatininin müvafiq sahə üzrə fəaliyyət göstərən qurumları ilə baş tutmuş görüşlər zamanı “ASAN xidmət” təcrübəsinin, eləcə də Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərin adıçəkilən ölkələrdə tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq edilməsi ilə bağlı razılığa gəlinib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri