“ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Məqsəd Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi sorğusu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təlim proqramında iştirak olub.
Xeberler.az bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Özbəkistan heyəti üçün hazırlanmış xüsusi təlim proqramı ötən ilin avqust ayında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşdə Özbəkistan nümayəndə heyəti təlim proqramının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qonaqlar burada qazandıqları təcrübəni və şahid olduqları yenilikləri Özbəkistandakı Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyətində tətbiq edəcəklərini qeyd ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları