Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV beynəlxalq hüquq forumunda iştirak edib.
Xeberler.az məlumat verir ki, 800-dən artıq iştirakçının qatıldığı forum çərçivəsində 20-dən çox sessiya təşkil olunub. Ceyhun Salmanov dövlət xidmətlərinə həsr olunan panel sessiyada “ASAN xidmət” modeli və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. İnnovativ idarəetmə, vətəndaş məmnunluğu, şəffaflıq və əlçatanlıq prinsiplərinə əsaslanan “ASAN xidmət” təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dövlət Agentliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi arasında ikitərəfli görüş də keçirilib. Görüşdə 2019-cu ildə imzalanmış “Özbəkistan Respublikasında Dövlət Xidmətləri Mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu”nun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il avqustun 23-də Daşkənd şəhərinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.
Dövlət xidmətləri sahəsində data idarəetməsi və süni intellekt texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndələri üçün “ASAN xidmət” mərkəzlərində müvafiq sahə üzrə təlimlərin təşkili ilə bağlı razılıq əldə olunub.
Forum çərçivəsində, həmçinin “Alibaba” şirkəti və “Oxford Insights” təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, innovasiya və rəqəmsal texnologiyalar sahəsində mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları