Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərinə səfərdədir.
Xeberler.az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının və Kamboca Krallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.
Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən Komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə Komissiyanın “Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri” adlı işçi qrupuna rəhbər seçilib.
İclasın açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət” təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söz açıb. Hazırda "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə ABŞ, Qazaxıstan, Koreya Respublikası, Kamboca, Filippinin, Qırğız Respublikasının və digər ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları