Previous Next
Bağla

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024 15:09
ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) ASAN viza departamentinin müdiri İsmayıl Rəsulzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanması ilə bağlı işlərə bu ilin yanvar ayından start verilib.

“Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatı - BMTİDÇK (UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilir. “COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün tələb olunur. “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. “COP29 Xüsusi Viza”sına müraciət qeydiyyatdan keçmiş iştirakçılara BMTİDÇK tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda olan link vasitəsilə “www.evisa.gov.az/cop29”, rəsmi elektron viza portalı üzərindən, onlayn, tamamlanmış viza müraciəti təqdim edildikdən sonra, 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur”, - deyə İ.Rəsulzadə bildirib.

Departament müdiri əlavə edib ki, dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib: “Həmçinin portalda elektron vizaya müraciət etmə prosedurunun izahlı videosu yerləşdirilib”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə