Avropa Oyunları keçirilən ərazilərdə Azercell-in 4G şəbəkəsindən effektiv istifadə edilib 

13-07-2015 / 11:13

“İlk Avropa Oyunları ərəfəsində xarici vətəndaşların nömrə alımı zamanı heç bir problem müşahidə edilməyib. Şirkət tərəfindən nömrə satışı qaydasında da heç bir dəyişiklik həyata keçirilməyib. Abunəçilər rahat şəkildə Azercell-in rəsmi satış məntəqələrindən nömrə əldə etmək imkanına malik olublar”.

Bu barədə Xeberler.az-a Azercell şirkətindən verilən açıqlamada bildirilir. 

Şirkətdən bildirilib ki, Avropa Oyunlarının keçirildiyi ərazilərdə, xüsusən mərasimin açılışı və bağlanışında  yüksək trafik müşahidə edilib. Azercell-in rominq şəbəkəsindən istifadə edənlərin sayı xeyli artıb.

Xeberler.az-a verilən açıqlama o da qeyd olunub ki, Azercell-in mütəxəssisləri tərəfindən mütəmadi şəkildə bütün şəbəkənin və, eləcə də, Avropa Oyunlarının keçirildiyi ərazidəki stansiyaların monitorinqi aparılıb: “Data trafiki ilə bağlı heç bir ciddi problem qeydə alınmayıb. Olimpiya Stadionu ərazisində Azercell şəbəkəsinin ümumi data sürəti 3G şəbəkəsi üçün 1.100 kb/s, 4G şəbəkəsi üçün isə 25.600 kb/s çatıb. Oyunlar keçirilən ərazilərdə Azercell tərəfindən 22 baza  stansiyası  quraşdırılıb”.  

Məlumatda bildirilib ki, Avropa Oyunları zamanı Azercell tərəfindən bütün fakturasız xətt (SimSim) abunəçiləri üçün 10GB hədiyyəli xüsusi kampaniya həyata keçirilib ki, bu kampaniya çərçivəsində Sim nömrələr sadəcə 10AZN qiymətinə satılıb.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə