“AzInTelecom” MMC-nin “AzCloud” bulud həlləri adlandırdığımız “Data Mərkəzi” 2017-ci ilin aprel ayından kommersiya fəaliyyətinə başlayıb və hazırda 100-ə yaxın müştərimiz var. Onların 58%-i özəl müəssisələr, 3%-i xarici müştərilər, yerdə qalan isə dövlət müəssisələridir”.
Xeberler.az Report-a istinadən bildirir ki, bunu “AzInTelecom” MMC-nin Direktor müavini Ceyhun Əliyev bildirib.
C.Əliyevin sözlərinə görə, təmsil etdiyi qurum yeni həllər üzərində işləyir: “Biz Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli fərmanından sonra “AzCloud – Hökumət həlləri”nin üzərində işləyirik. Hazırda “Hökumət buludu”nun yaradılması ilə bağlı fəaliyyətimizi davam etdiririk və artıq bununla bağlı “Hökumət buludu”na aid ola biləcək Data mərkəzlərinin arxitekturası ilə bağlı konsepsiya işlənib hazırlanıb və təqdim olunub. Həmçinin dövlət qurumlarının “Hökumət buludu”na keçid planı hazırlanıb təqdim olunub və əlbəttə ki, onun büdcəsi hesablanaraq aidiyyəti qurumlara təhvil verilib.
Bu gün üzərində işlədiyimiz platforma özünəxidmət platformasıdır. Bu daha çox kiçik və orta sahibkarlara aid olacaq. Yəni bu platforma üzərindən biznes sahibləri öz infrastrukturlarını “AzCloud – bulud həlləri” üzərində kirayələyə biləcəklər. Bunun üçün bank kartlarını buradan qeydiyyatdan keçirərək ödənişləri birbaşa bank kartları vasitəsi ilə həyata keçirə biləcəklər və infrastruktur kimi həlləri oradan əldə edə biləcəklər. Sözsüz ki, bu özünüidarəetmə platforması gündən-günə xidmətlərini genişləndirəcək. Bura bizim proqram təminatı xidmətləri də əlavə olunacaq. Bu özünəxidmət platformasının bir modulu da “AzCloud - Hökumət həlləri” üçün də nəzərdə tutulub. Dövlət müəssisələri bu platforma üzərindən xidmətləri əldə edərək onun vasitəsi ilə öz infrastrukturlarını istifadə edə biləcəklər”.
“AzInTelecom” dünya bazarındakı rəqiblərindən üstünlüklərini də açıqlayıb: “Bulud xidmətləri təqdim edən şirkətlər çoxdur. Onların içərisində fərqli seqmentlər üçün nəzərdə tutulmuş xidmətlər var. Elə bulud provayderləri var ki, onlar bildiyimiz adi desktoplar üzərində heç bir təhlükəsizlik qaydalarına, heç bir coğrafi ehtiyat mərkəzlərinə, “backup” prinsipinə uyğun olmayan şəkildə xidmət göstərir. Amma “Amazon”, “Azure” tipli elə xidmətlər var ki, kifayət qədər keyfiyyətli bulud xidmətləri təqdim edir.
Bizim onlardan ən birinci fərqimiz odur ki, öz ölkəmizin ərazisində yerləşən bulud provayderiyik. Əgər ölkə üçün məxfi, vacib sayılan fərdi məlumatlar prinsipi ilə yanaşsaq, vətəndaşlarımızın fərdi məlumatlarını qoruyub saxlanması üçün ölkə ərazisində yerləşən bulud provayderinin seçilməsi çox vacibdir. İkinci nüans, ölkədə yerləşməyimiz sürət baxımından xidmətlərin daha əlçatan olmasıdır. Biri var siz internet üzərindən digər qitələrdə yerləşən bulud provayderlərinə müraciət edirsiniz. Orada “latency” dediyimiz bu gecikmələrə səbəb ola biləcək faktorlar var. Amma ölkə daxilində olduğu halda, hətta internet olmasa belə bizə transmissiya üzərindən qoşulan müştərilərimiz onu hiss etməyəcək və onların fəaliyyəti davam etdiriləcək. Ən sonuncu məsələ keyfiyyətlə bağlı fərqdir. Biz çalışmışıq ki, öz data mərkəzlərimizdə ən keyfiyyətli avadanlıqlar, proqram təminatları üzərindən xidmət edək. Təbii ki, bu bizim ən böyük qürur mənbəyimiz olan İT personalımız tərəfindən idarə olunur. Bütün bunlarla yanaşı daimi təhlükəsizlik və fərdi məlumatların qorunması ilə bağlı məsələlər üzərində işləyirik. Gələn ilin mart ayında da Yevlax şəhərində inşası bitmək üzrə olan coğrafı ehtiyat “Data Mərkəzi” də təhvil veriləcək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri