Previous Next
Bağla

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28-07-2026 13:13
AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

AZCON Holding və “Amazon Web Services” (AWS) Azərbaycanda “bulud” texnologiyalarının, süni intellekt həllərinin və rəqəmsal transformasiya imkanlarının inkişafına yönəlmiş strateji əməkdaşlıqlığın yeni mərhələsinə başlayıb.

Xeberler.az məlumat verir ki, əməkdaşlıq 2026-cı ilin fevral ayında tərəflər arasında imzalanmış müqavilə əsasında davam etdirilir. Yeni mərhələ AZCON Holding və “AWS”in Azərbaycanın texnoloji inkişafına uzunmüddətli töhfə vermək məramını bir daha təsdiqləyir. Bu əməkdaşlıq qabaqcıl “bulud” texnologiyalarını yerli müəssisələr və dövlət qurumları üçün daha əlçatan edəcək. Beləliklə, təşkilatlar məlumatlarını və kritik iş yüklərini daha çevik, təhlükəsiz və səmərəli şəkildə idarə edə biləcəklər.

Əməkdaşlığın istiqamətlərindən biri də müasir hibrid arxitekturanın tətbiqidir. Bu yanaşma lokal məlumat mərkəzlərinin “AWS”in “bulud” resursları ilə fasiləsiz, təhlükəsiz və normativ tələblərə uyğun inteqrasiyasını təmin edəcək. Birgə fəaliyyətin digər vacib istiqaməti süni intellekt, məlumat analitikası, sənaye həlləri və telekommunikasiya sistemlərinin inkişaf etdirilməsidir. Bununla yanaşı, əməkdaşlıq ölkədə “bulud” texnologiyaları üzrə bilik və bacarıqların inkişafına, eləcə də müasir texnoloji həllərin daha geniş tətbiqinə xidmət edəcək.

“AWS” ilə əməkdaşlığın genişləndirilməsi AZCON Holding-in Azərbaycanın rəqəmsal arxitekturasının gücləndirilməsinə verdiyi töhfənin davamıdır. Bu tərəfdaşlıq innovasiyaların təşviqi, rəqəmsal bacarıqların inkişafı və milli texnologiya ekosisteminin gücləndirilməsi üçün yeni imkanlar yaradacaq. Qeyd edək ki, bu əməkdaşlıq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş rəqəmsal transformasiya, “bulud” texnologiyalarının tətbiqi, süni intellekt və rəqəmsal bacarıqların inkişafı üzrə prioritetlərin reallaşdırılmasına töhfə verir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Amazon Web Services Azərbaycanda

Amazon Web Services Azərbaycanda

18-12-2025
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

08-07-2026
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025
Rəşad Nəbiyev “Amazon Web Services” in vitse-prezidenti ilə görüşüb

Rəşad Nəbiyev “Amazon Web Services” in vitse-prezidenti ilə görüşüb

09-12-2025
"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025
Türkiyədə Amazon-un rəsmi ofisi açıldı

Türkiyədə Amazon-un rəsmi ofisi açıldı

04-12-2015
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

17-10-2025
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026
“Amazon” məlumat bazalarını idarə edəcək

“Amazon” məlumat bazalarını idarə edəcək

18-11-2013
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

26-12-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

21-05-2026
“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

18-06-2026
Microsoft və Amazon müqavilə imzaladı

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015
“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

01-12-2025
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

17-12-2025
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə