“Azərbaycan 500 ASAN Startap proqramı”na qəbul başlayıb.
Xeberler.az bildirir ki, Proqram VXSİ Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və "500 Startups" qurumu tərəfindən təşkil olunub.
Biznes ideyaları olanlar 19 Mart tarixinədək müraciət edə bilərlər. Proqram yerli startapçılara bilik və bacarıqların artırılmasına və investorlara çıxışına kömək edəcək. Bir müddət öncə VXSİ Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanmışdı.
KOBİA isə təhsil, elm, tədqiqat və dəstək layihələrini maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.
Müsabiqədə hər bir layihə üzrə maliyyələşdirilmə maksimum 20.000 manat həcmində nəzərdə tutulur. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sənədlərinin qəbulu 18 mart 2021-ci il tarixədək davam edəcək
Daha geniş məlumat KOBİA-nın
www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib