“Azərbaycan” ensiklopedik soraqçası iki dildə nəşr olunacaq

05-02-2009 / 12:23

  “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan və 1-2 cildləri əhatə edən məqalələrin hazırlanması işi davam etdirilir.

  Lent.az-ın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətində akademiyanın nəzdində olan təşkilatların 2008-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat iclasında akademik Tofiq Nağıyev məlumat verib. Bundan əlavə, akademik bildirib ki, 152 səhifəlik (12 məqalə, 90 şəkil, 3 xəritə, 7 cədvəl, 1 sxem) “Azərbaycan” qısa ensiklopedik soraqçasının Azərbaycan və rus dillərində layihələri hazırlanıb.

   T.Nağıyev 2008-ci ildə Elmi Mərkəzin maddi-texniki bazasının təkmilləşdirilməsi sahəsində müvafiq işlərin görüldüyünü də deyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə