Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib.
Xeberler.az bildirir ki, əvvəlcə nümayəndə heyəti kompleksin Tədris və Laboratoriya mərkəzləri ilə tanış olub. Tanışlıq zamanı müvaviq ixtisaslar üzrə təhsil alan tələbələrin mərkəzlərdə praktiki məşğələlər keçməsi və yeni texnologiyalarla yaxından tanış olması istiqamətində faydalı müzakirələr aparılıb.
Tanışlıqdan sonra “Azərenerji” ASC-nin prezidentinin ümumi məsələlər üzrə müşaviri Vüqar Əliyev AzTU nümayəndə heyəti ilə görüşüb və kompleks haqqında ətraflı məlumat verib. Bildirib ki, kompleksin Tədris və Laboratoriya mərkəzlərində universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təcrübə keçir. AzTU-nun ixtisasları bu mərkəzlərin profillərinə tam uyğun olduğundan tələbələrin burada müasir texnologiyaları öyrənməsi onların gələcək karyeralarına müsbət təsir göstərə bilər. Bu məqsədlə Tədris Mərkəzində müxtəlif sinif otaqları təşkil edilib. Kompleksin Laboratoriya Mərkəzində isə tələbələrə müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar yaradılıb. Qeyd olunub ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.
AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitet kompeksin mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Tələbələrin praktiki məşğələlərinin burada təşkil edilməsi həm də onların bacarıq və vərdişlərinin müasir tələblərə uyğun formalaşmasına mühüm təsir edəcək. Həmçinin tələbələrin burada iştirakı universitet-sənaye işbirliyinin inkişafına da öz töhfəsini verəcək. Rektor qeyd edib ki, magistrlərin də mərkəzlərə cəlb olunması və onların dissertasiya mövzularını buradan götürməsi əsas məqsədlərdən biridir. Bundan başqa, komplekslə universitetin əməkdaşlığı çərçivəsində energetika sektoru üçün yeni ixtisasların açılması da mühüm şərtlərdəndir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri