Aprelin 8-də Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Xeberler.az bildirir ki, MEDİA-dan verilən məlumata görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Qazaxıstanın xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov isə bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları