Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023 / 10:56

Bu il Bakıda “KOB Dünya Forumu” keçirilməsi planlaşdırılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Xeberer.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Sahibkarlıq, KOB-lar, Regionlar və Şəhərlər Mərkəzinin şöbə müdiri Selin Kaufman arasında görüş keçirilib.

Onlayn formatda təşkil olunmuş görüşdə Agentliyin KOB sahəsində hər iki təşkilatla əməkdaşlıq etdiyi qeyd olunub, KOB-ların inkişafında innovasiyaların tətbiqinə, maliyyəyə və bazarlara çıxışa, gələcək birgə layihə və təşəbbüslərə, eləcə də bu il Bakıda keçirilməsi nəzərdə tutulan “KOB Dünya Forumu”na dair fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə