Azərbaycanda elektron tullantıların “qəbiristanlığ”ı niyə yoxdur?

01-10-2015 / 12:30

Azərbaycanda elektron tullantılar problemi aktuallığını saxlayır.

Xeberler.az-ın məlumatına görə, bu  məsələ AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ)  keçirilən ətraf mühitin qorunması, iqtisadiyyatın “yaşıllaşdırılması”, bu sahədə mövcud problemlər və onların həlli yollarına həsr olunmuş elmi seminarda  müzakirə olunub.

Elektron  tullantıların vaxtında utilizasiya edilməsinin elektron dövlət quruculuğunun əsas problemlərindən olduğu bildirlib.

Bu istiqamətdə dünyada kifayət qədər mütərəqqi üsul və təcrübə olsa da, həllini gözləyən mühüm problemlərin az olmadığı vurğulanıb.

Tədbirdə qeyd edilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin çirklənməsinin qarşısının alınması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsinin mühüm məsələlərdəndir.

 Bu istiqamətdə zəruri və davamlı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Azərbaycanda iqtisadiyyatın “yaşıllaşdırılması”, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsinin prioritet məsələlərdən olduğu da diqqətə çatdırılıb.

Xeberler.az olaraq elektron tullantıların "qəbiristanlığ"nın olması ilə maraqlandıq. Bu tullantıların harada saxlanılması və elektron cihaz, avadanlıqların utilizasiya edilməsinin necə həyata keçirilməsini öyrəndik.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Xeberler.az-a  bildirdilər ki, bu işə nəzarəti Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti (ASC) edir.

Təmiz Şəhər ASC ilə məsələni maraqlanmaq istəsək də, bu barədə hələlik heç bir məlumat əldə edə bilməmişik. Belə ki, qurumun rəsmi elektron poçt ünvanlarına suallarımızı göndərsək də, cavablandıran olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə