“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013 / 17:15
“Bu gün Azərbaycanda “facebook təhlükəsi” var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı söyləyib. Partiya sədrinin sözlərinə görə, Azərbaycanda “facebook” daha çox hakimiyyətə qarşı bir vasitə kimi rol oynayır: “Bu kampaniyada xaricdə oturan soydaşlarımız, erməni lobbisi və Azərbaycandakı radikal müxalifət iştirak edir. Mən hesab edirəm ki, müvafiq qurumlar indidən bu barədə düşünməlidirlər”.

F.Ağamalı onu da bildirib ki, facebook hesabına minlərlə insanın küçələrə çıxması artıq təhlükənin real olduğunu göstərir: “Mən hansısa aksiyanın əleyhinə deyiləm. Amma məsələ burasındadır ki, bu aksiyalardan başqa məqsədlər üçün istifadə oluna bilər”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə