Azərbaycanda ilk dəfə : “sayt “sındıran” 3000 manat qazanacaq”

14-03-2013 / 09:39
Sayt “sındıran” 3000 manat qazanacaq. Bu qalib Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda keçirilən müsabiqədə müəyyən ediləcək.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə “Hackathon Azərbaycan” layihəsinin rəhbəri Rəşad Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda müsabiqə ilə bağlı saytda qeydiyyat davam edir: “Müsabiqədə hədəf seçilən saytı “sındıran” qalibə 3 min manat mükafat veriləcək”. Qeyd edək ki, müsabiqə “Hackathon” layihəsi çərçivəsində “Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilir.
Müsabiqə cari ilin 17 martına qədər davam edəcək. Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi qeydiyyat prosesini 6 mart tarixindən başlayaraq, yarışma boyunca (17 mart tarixinə qədər) davam etdirir. Qeydiyyat şərtləri olduqca sadədir.
Bunun üçün sadəcə rəsmi səhifədə (http://websecurity.hackathonazerbaijan.org/) qeydiyyat formasını doldurmaq tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və onların qəbul edilməsi də şərtlər sırasındadır. Müsabiqənin əsas mərhələsinin başlandığı 15 mart tarixindən isə gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar. 17 mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub.
Ümumi qaydalara gəldikdə isə Təşkilat Komitəsi tərəfindən yarışma bir sayt hazırlanacaq. Üç gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı qalib hesab olunacaq və pul mükafatını əldə edəcək. Birinci gün Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur və əsas mükafat olan 3000 manat qalibə təqdim olunacaq.
İkinci gün sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluğu tapan şəxs qalib hesab olunacaq və 2000 manatla mükafatlandırılacaq. Üçüncü gün isə texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunacaq. Qalib şəxsə 1000 AZN təqdim ediləcək.
Qeyd edək ki, veb-təhlükəsizliyi - kompüterdən istifadə zamanı ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir. HƏQİQƏT 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə