“Aktivlərin idarə edilməsi” mövzusunda konfrans keçirilib

14-12-2024 / 19:00

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ), Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Moskva şəhərində “Aktivlərin idarə edilməsi – 2024: Yeni biznes modellərində aktivlərin idarə olunmasının rəqəmsal mədəniyyəti” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici qurumlarla iş üzrə komitənin sədri Fəqan Qarayev iştirak edib.

Xeberler.az məlumat verir ki, konfransı MDBMİ-nin aktivlərin idarəedilməsi kafedrasının müdiri İ.M.Stepnov və F.Qarayev açıblar.

Daha sonra plenar iclasda “Müasir cəmiyyət tərəfindən rəqəmsal mədəniyyətin sınaqdan keçirilməsi”, “Rəqəmsal Sahibkarlıq-4.0”, “Rəqəmsal aktivlərin idarə edilməsi mədəniyyətinin müəssisələrin idarə olunmasına təsiri” mövzularında məsələlər müzakirə edilib.

Tədbir “İnvestisiya və idarəetmə qərarlarının qəbul edilməsində rəqəmsal mədəniyyətlərin milli identikliyi” mövzusunda 1-ci, “Yeni biznes modellərinin formalaşmasında empirik təcrübə: idarəetmə konsepsiyalarının yaradılması və iflası” mövzusunda 2-ci, “Rəqəmsal hüququn etik əsasları” mövzusunda 3-cü, “Rəqəmsal həllər auditor fəaliyyətində yeni reallığın obyektləri kimi” mövzusunda 4-cü sessiyalarla davam edib.

Qeyd olunub ki, 4-cü sessiyada F.Qarayev Auditorlar Palatasının sıx əməkdaşlıq etdiyi Rusiyanın milli peşəkar mühasiblər, maliyyə menecerləri və iqtisadçılar birliyinin fəxri prezidenti, Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin departament rəhbəri D.A.Yakovenko ilə birgə moderator qismində iştirak edib.

F.Qarayev “Rəqəmsallaşmanın audit praktikasına tətbiqi üzrə Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edərək Auditorlar Palatası tərəfindən auditor fəaliyyətinin rəqəmsallaşması sahəsində görülən işlər, göstərilən elektron xidmətlərin Elektron Hökumət Portalına və hökumət buluduna inteqrasiyası, auditin aparılmasına dair xarici əməkdaşlıq çərçivəsində əldə olunmuş proqram təminatları, 2020-ci ildən etibarən tətbiq edilən “Auditorun şəxsi kabineti” sisteminin funksiyalarından, auditor fəaliyyətinin təşkili və tənzimlənməsində onun rolundan bəhs edib.

Daha sonra Azərbaycanda auditin rəqəmsallaşmasına dair tədbir iştirakçılarının sualları cavablandırılıb.

Konfrans müasir iqtisadiyyatda və rəqəmsal transformasiya şəraitində müxtəlif aktivlərin idarə olunmasının mühüm aspektləri haqqında müzakirələr üçün açıq platforma formatında tədqiqatçılar, iqtisadçı alimlər, mütəxəssislər və tələbələrin iştirakı ilə keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə